Az | EN

"Azərbaycan Marketinq Zirvəsi"nə sayılı günlər qalıb!

Cəmil Hüseynzadə
07 May 2024 10:41
419 baxış
"Azərbaycan Marketinq Zirvəsi"nə sayılı günlər qalıb!

26 may tarixində "Hilton Baku"da Thinkers.az və Digital Hero-nun təşkilatçılığı və Qafqaz regionundan bir çox mütəxəssislərin iştirakı ilə “Azərbaycan Marketinq Zirvəsi” tədbiri baş tutacaq.

Tədbirin məqsədi Azərbaycanda marketinq sahəsində əməkdaşlıq və yeniliyi inkişaf etdirmək, bu sahəyə məxsus peşəkar mütəxəssislərın təcrübələri boyunca ən müasir rəqəmsal taktikalarını və zamanla sınaqdan keçirilmiş ənənəvi strategiyalarını yaxından öyrənmək.

“Azərbaycan Marketinq Zirvəsi”ndə 0-dan yerli bazarda marka yaratmaq, neuromarketinqin digitalda satışlara təsiri, marketinqdə kibertəhlükəsizliyin önəmi, 2024 Omnichannel marketinq trendləri kimi mövzular ətrafında çıxışlar olacaq.

Bu möhtəşəm Marketinq Zirvəsi ümumilikdə 3 paneldən ibarət olacaq:

1-ci paneldə Əli Bədəlov, Derya Cantutan Ata, Müşviq Azəryar və Anar Hacıyev çıxış edəcək.

Marlab MMC təsisçisi Əli Bədəlov 1-ci paneldə “Strategiyasız Marketinq” mövzusundan danışacaq.

Azərsun Marketinq direktoru Derya Cantutan Ata “Məqsədli yerli brendlər” mövzusu ilə çıxış edəcək.

A+CO Marketinq direktoru Müşviq Azəryar “Yerli bazarda sıfırdan marka qurmaq” mövzusunda danışacaq.

Qarabağ FK-Mətbuat xidmətinin rəhbəri  Anar Hacıyev “Mübarizədə medianin rolu” mövzusunda danışacaq.

2-ci paneldə Esmira Qasımova, Kənan Səlimov,  Aynurə Seyidova və Tofiq Ağayev çıxış edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətində Marketinq Departament müdiri Esmira Qasımova “Marketinqdə Kibertəhlükəsizlik “ mövzusu barədə danışacaq.

Azpromo Marketinq kommunikasiyaları rəhbəri Kənan Səlimov “Şəxsi brendinqin biznesə təsiri” mövzusundan danışacaq.

Bravo Azərbaycan Marketinq və Kommunikasiya üzrə director Aynurə Seyidova “Omnichannel marketinq trendləri” mövzusunda danışacaq.

Yelo Bank Marketinq Direktoru Tofiq Ağayev öz maraqlı təcrübələrini bizimlə bölüşəcək.

3-cü paneldə Babaxan Məlikli,  Ayhan Karaman,  Alican Arkun və Nicat Manafov çıxış edəcək.

Digital Hero təsisçisi Babaxan Məlikli “Digitalda Neyromarketinq”  mövzusu ilə çıxış edəcək .

Profesyonal SEO eksperti Ayhan Karaman “Biznesdə satışı SEO ilə artır” mövzusu ilə çıxış edəcək .

İRİA Rəqəmsal marketinq müdiri Alican Arkun “Data əsaslı digital reklamlar” mövzusu ilə çıxış edəcək .

Elektron ticarət eksperti Nicat Manafov “Yerli Ecommerce-də marketinq” mövzusu ilə çıxış edəcək. 

Tədbirin ərsəyə gəlməsində isə bir çox tərəfdaşlar dəstək olur.

Arter Azərbaycan Marketinq Zirvəsinin ERP və Upperedu təhsil http://upperedu.az/tərəfdaşıdır.

Brand Media Groups, Trilogy News, Maraqlı TV, Media Fabriki tədbirin media tərəfdaşlarıdır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Azərbaycan Gənclər Fondu və AEGEE Bakı tədbirin rəsmi tərəfdaşlarıdır.

Tədbirimizin tərəfdaşlarından biri də Bazar Store MMC-dir. Azərbaycan Marketinq Zirvəsində sponsor olan şirkətlərdən biri Crea Time şirkətidir.

Tədbir 3 panel və ümumilikdə 11 spikerin çıxışından ibarətdir. Tech.az Media tədbirin media tərəfdaşıdır. 

“Azərbaycan Marketinq Zirvəsi”ndə peşəkarların çıxışını izləmək üçün biletləri buradan əldə edə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az