Epic Games-in Google-a qarşı başlatdığı iddia yekunlaşıb və məhkəmə Google-un Play Store-u idarə edərkən ABŞ-ın rəqabət qanunlarını pozduğuna qərar verib.
Epic Games qeyri-qanuni tətbiq mağazası inhisarını yaratmaq iddiası ilə Apple və Google-u məhkəməyə verdikdən üç il sonra nəhayət qalib gəlib. Məhkəmə və münsiflər heyəti müəyyən edib ki, Google Android proqramlarının paylanması bazarlarında və tətbiqdaxili faktura xidmətləri bazarlarında inhisar gücünə malikdir və bu bazarda rəqabətə mane olur. Bunun nəticəsində Epic bu davranışdan zərər görüb.
Google hazırda müvafiq qərardan şikayət etməyi planlaşdırır.