İsveçin Ericsson şirkəti Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb. Fevralın sonunda şirkət Rusiya Federasiyasına tədarükləri dayandırmışdı. Rusiyadakı bütün işçilər ödənişli məzuniyyətə göndəriləcək. Ericsson çatdırılmaların bərpası və işin davam etdirilməsi ilə bağlı heç birməlumat paylaşmayıb. Ericsson Rusiyada bütün telekommunikasiya avadanlıqları bazarının təxminən 20%-ni tutur. Şirkətin əsas rəqibləri olan Huawei və Nokia da rusiyalı müştərilərlə müqavilə bağlamaqdan imtina ediblər. Məlumat verilib ki, indiki vəziyyətdə operatorların avadanlıq ehtiyatı yaya qədər davam edəcək, bundan sonra onların işində nasazlıqlar başlayacaq. Əvvəllər alınmış bütün avadanlıqların şəbəkənin inkişafını deyil, sabitliyini qorumaq üçün istifadə edilməsi təklif olunur.