17 avqust 2024 tarixində Esports Events Azerbaijan MMC tərəfindən təşkil olunan Esports Zirvəsi 2024 böyük maraqla keçirildi. Tədbir Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev, Global Esports Federation İdarə heyətinin üzvü Ramil Əliyev, YER Hosting şirkətinin müdiri Rəşad Əliyev və digər tanınmış şəxslərin iştirakıyla baş tutub.
Tədbirdə Esports sənayesinin inkişafı, marketinq strategiyaları, texnologiya və innovasiyalar, 2025 Esports və Olimpiya Oyunları, rəqabət yönümlü oynayış, Esports ictimaiyyəti və mədəniyyəti, həmçinin təhsil və karyera mövzuları müzakirə edilib.
Canlı yayımdan sonra izləyicilərdən gələn suallar cavablandı və müzakirələr, Esports tədbirlərinin artırılması, yeni oyunçuların seçilməsi, sponsorların yatırımları kimi mövzuları əhatə edib