Bir müddət əvvəl Twitter-i satın İlon Mask platformada kəskin yenilikləri tətbiq etməyə başladı. Bu yeniliklərdən biri mavi təsdiq işarəsini ödənişli etməsidir. Twitter-də bu sistem artıq abunəlik ilə satılır.
Twitter-in ardınca bu tendensiyanı Facebook davam etdirir. Facebook-un qurucusu Mark Zukerberq açıqlamasında bildirib ki, mavi təsdiq işarəsi platformada ödənişli olacaqdır.
O açıqlamasında bildirib ki, qiymətlər vebdə ayda 11,99 dollardan və iOS-da ayda 14,99 dollardan başlayacaqdır. Yenilik bu həftə Avstraliya və Yeni Zelandiyada və tezliklə daha çox ölkədə təqdim ediləcəkdir.