2014-cü ildən Facebook mesajlaşma üçün ayrı bir tətbiq olan Messenger istifadəyə vermişdi. Messenger istifadəçilərin Facebook-dakı şəxslərlə rahat əlaqə saxlaması üçündür. İki tətbiqi ayırandan sonra insanlar Facebook-dakı mesajlara cavab vermək üçün Messenger-dən istifadə etməli olmuşdular.
İndi isə Meta bu iki tətbiqi birləşdirmək qərarına gəlib. "Biz insanların Facebook tətbiqi daxilində Messenger gələnlər qutusuna daxil olmaq imkanlarını sınayırıq və tezliklə bu testi genişləndirdiyimizi görəcəksiniz", - Facebook rəhbəri Tom Alison yazıb.
TikTok ilə daha rəqabətli olmaq üçün Meta Facebook-u dostlarınız və ailənizlə ayaqlaşdığınız proqramdan daha çox əyləncə və kəşf platformasına keçirməyə çalışır. Alisonun bloq yazısında dediyi kimi, o, "Facebook-u sosial kəşflər və paylaşımlar üçün ən yaxşı məkana çevirməyə" çalışır.