Süni intellekt startapı Fal.ai startapı yeni investisiya raundunu başa vurub.
Fal.ai tərtibatçılar üçün şəkil, video və audio modellər təqdim edən platformadır. Startap 2021-ci ildə keçmiş Coinbase mühəndisi Burkay Gür və Amazon-un sabiq tərtibatçısı Görkəm Yurtseven tərəfindən təsis edilib.
Mənbələrin bildirdiyinə görə, bu raund startapı 4 milyard dollardan çox dəyərləndirib. Ümumilikdə təxminən 250 milyon dollar investisiya cəlb olunub.
Yeni raundda əsas investorlar arasında Kleiner Perkins və Sequoia Capital kimi tanınmış vençur fondları yer alıb. Hər iki fond mövzu ilə bağlı şərh verməkdən imtina edib.
Bu investisiya, Fal.ai-nin cəmi üç ay əvvəl 1,5 milyard dollarlıq dəyərləndirmə ilə 125 milyon dollarlıq “C seriyası” raundunu elan etməsindən dərhal sonra baş tutub. Həmin vaxt startapın illik gəliri 95 milyon dolları keçmiş, platformadan 2 milyondan çox tərtibatçı istifadə edirdi. Bir il əvvəl bu göstəricilər cəmi 10 milyon dollar gəlir və 500 min istifadəçi idi.
PitchBook məlumatına görə, Fal.ai indiyədək ümumilikdə təxminən 200 milyon dollar investisiya cəlb edib. Startapın mövcud investorları arasında Bessemer Venture Partners, Kindred Ventures, Andreessen Horowitz, Notable Capital, First Round Capital, Unusual Ventures və Village Global kimi nüfuzlu fondlar yer alır.
Fal.ai multimodal süni intellekt modelləri — yəni eyni anda şəkil, səs və video ilə işləyə bilən sistemlər — üçün infrastruktur təmin edir. Bu istiqamət hazırda AI sənayesində ən çox tələbat görən sahələrdən biridir. Xüsusilə OpenAI-nin “Sora” video modelinin qısa müddətdə böyük populyarlıq qazanması, bu bazarın potensialını bir daha göstərir.
Startap hazırda tərtibatçılara 600-dən çox şəkil, video, audio və 3D modeli təqdim edir. Fal.ai-nin bulud infrastrukturu minlərlə Nvidia H100 və H200 GPU ilə təchiz olunub və yüksək sürətli emal üçün optimallaşdırılıb. Şirkət həmçinin modellərin fərdiləşdirilməsi üçün alətlər təklif edir və xidmətlərini API, serverless və korporativ həllər vasitəsilə təqdim edir.
Fal.ai-nin müştəriləri arasında Adobe, Canva, Perplexity və Shopify kimi beynəlxalq şirkətlər yer alır. Platforma əsasən reklam, e-ticarət və oyun kontenti yaradılması kimi sahələrdə istifadə olunur.
Startap 2021-ci ildə keçmiş Coinbase mühəndisi Burkay Gür və Amazon-un sabiq tərtibatçısı Görkəm Yurtseven tərəfindən təsis edilib. Onlar fərdiləşdirilmiş multimedia məzmununun yaradılmasında böyük potensial görərək bu istiqamətdə fəaliyyətə başlayıblar. Başlanğıcda Stable Diffusion modelinin sürət və miqyası üzərində çalışan komanda, sonradan bir çox digər süni intellekt modellərini də platformasına əlavə edib.