Az | EN

Ford 3,5 milyard dollar investisiya ilə batareya zavodu quracaq

Nail Valiyev
13 Fevral 2023 13:54
293 baxış
Ford 3,5 milyard dollar investisiya ilə batareya zavodu quracaq

Avtomobil dünyasının gələcəyi olaraq görülən elektrik avtomobil texnologiyaları hər keçən gün daha da populyarlaşır. Populyarlıq ilə birlikdə avtomobilləri gücləndirmək üçün elektrikli avtomobil batareyalarına ehtiyac da artır. Bu problemə görə avtomobil sənayesindəki bir çox böyük şirkətlər elektriklə işləyən avtomobillər üçün akkumulyator istehsal edən fabriklər qurmağa başlayıb.

ABŞ-ın ən əhəmiyyətli avtomobil istehsalçılarından biri olan Ford elektrikli avtomobillərdə istifadə olunacaq akkumulyatorlar istehsal edən böyük bir fabrik qurmağa hazırlaşır.

Onu da əlavə edək ki, Fordun 3,5 milyard dollar sərmayə ilə qurması gözlənilən fabrik ABŞ-ın Miçiqan ştatında qurulacaq. Ford zavod üçün Çində yerləşən batareya istehsalçısı Contemporary Amperex Technology Co (CATL) ilə əməkdaşlıq edəcək.

Məlumaya görə, qurulacaq fabrik ümumilikdə 2500 nəfərə iş yeri yaradacaq. Miçiqan ştatının da şirkətə  2500 iş yeri qarşılığında 1 milyard dollar təşviq edəcəyi gözlənilir.


Qeyd edək ki, Ford və Contemporary Amperex Technology Co arasında əməkdaşlığın bu həftə rəsmi olaraq elan ediləcəyi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az