Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, SUP.VC, Gamepons şirkəti və Yaradıcı Mərkəzin birgə təşkilatçılığı ilə növbəti oyun hakatonu keçiriləcək!
Komandalar açılış zamanı verilən mövzulardan birini seçərək 48 saat ərzində öz oyun ideyalarını formalaşdırmalı və işlək oyun prototipini münsiflər heyətinə təqdim etməlidirlər. Məqsəd – yaradıcı və texniki bacarıqları birləşdirərək qısa müddətdə oyun prototipi yaratmaqdır.
“Game Jam”ın sonunda təqdim olunan oyunlar gameplay, oyun mexanikası, vizual estetika və mövzuya uyğunluq kimi kriteriyalar üzrə qiymətləndiriləcək. Ən yaxşı üç komanda xüsusi mükafatlar qazanacaq!
Tarix: 25–27 iyul 2025
Məkan: Mehdi Mehdizadə 33, Yaradıcı Mərkəz (9-cu mərtəbə)
Yer sayı məhduddur! Qeydiyyat üçün linkə keçid et!
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSeEI3b9frH28ve3tUiRtNgK6NWT19uo2j25piKLleIjHGmfPA/viewform