Az | EN

Gameponsun təşkilatçılığı ilə Azərbaycan oyun icmasının üzvləri Polşada səfərdə olub

Cəmil Hüseynzadə
16 Aprel 2024 11:08
621 baxış
Gameponsun təşkilatçılığı ilə Azərbaycan oyun icmasının üzvləri Polşada səfərdə olub

Gamepons şirkətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan oyun icmasının üzvlənin Polşaya səfəri təşkil edilib. Səfər çərçivəsində "The Witcher" seriyasıdakı "The Witcher 3: Wild Hunt" oyunu və “Cyberpunk 2077” oyunularının müəllifi olan CD Projekt Red, Future Games şirkətlərinin ofislərində görüş keçirilib. Görüşdə Future Games School-un direktoru Piotr Matecki nümayəndə heyətinə təqdim edib.

O Future Games-in iş prinsipi, təhsil strategiyası və gördüyü işlər barəsində detallı məlumat verib. 

Daha sonra oyun studiosunda gəzintidə olan Azərbaycan nümayəndə heyəti üzvləri yerində görülən işlər və layihələr ilə tanış olublar. Azərbaycanlı oyun dizaynerləri, oyun rəssamları və oyun proqramçıları xarici həmkarlarının gördükləri iş ilə yerində tanış olub, müzakirələr aparıblar.

Heyət daha sonra Katovitse şəhərində səfərdə olub. "Katowickie Inwestycje S.A." ilə mühüm bir görüş həyata keçirilib. Bu şirkət Katovitse bələdiyyəsi ilə birgə işləyərək, şəhərin gələcəkdə oyun mərkəzinə çevirilməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq edən şirkətdir. Görüş zamanı Katovitse şəhərinin Şərqi Avropanın oyun sənayesi mərkəzi kimi inkişaf etdirilməsi potensialı və Gamepons şirkəti ilə 'Katowickie Inwestycje S.A.' arasında qarşılıqlı əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Səfər haqqında Gamepons şirkətinin direktoru Vüsal Kərimli Tech.az Mediaya açıqlamasında “Polşa səfəri Azərbaycan oyun ekosisteminin Avropaya açılması üçün ilk addımlardan biri oldu. Səfər çərçivəsində keçirilən görüşlər ümid yaradır ki, gələcək əməkdaşlıqlar əsasında Azərbaycanda qurulan oyun şirkətləri Avropa təcrübəsindən istifadə edə biləcəklər. İl sonuna qədər Avropaya bir neçə səfər də nəzərdə tutulub. Hər səfərdə əməkdaşlıqlarımız daha da möhkəmlənəcəkdir. Bununla da Azərbaycanda qurulan oyun şirkətlərinin Avropa təcrübəsinə sahib olması üçün dəstək olacağıq. ”Sözlərini deyib.

Gamepons haqqında:

Gamepons yerli “gamedev” icmasını qlobal oyun sənayesi ilə birləşdirməyi hədəfləyən Azərbaycanda oyun ekosistemində aparıcı oyunçudur. Missiyası müxtəlif təhsil proqramları və resursları vasitəsilə yerli oyun tərtibatçıları, dizaynerlər və sahibkarları gücləndirmək, eyni zamanda onlara uğurlu oyun startapları yaratmağa kömək etməkdir. Azərbaycanın oyun ekosistemi ilə dünya arasında körpü olmaq vizyonuyla yerli oyun sənayesini yeni zirvələrə yüksəltməyi və Azərbaycanı oyun dünyasında innovasiya və yaradıcılıq mərkəzi kimi xəritədə yerləşdirməyi hədəfləyir. 

CD Projekt haqqında:

“CD Projekt Red” 2002-ci ildə qurulmuş oyun studiyasıdır. Bu studiya “The Witcher” seriyası və “Cyberpunk 2077” kimi dünya miqyasında tanınan oyunların tərtibatçısıdır. Başlanğıcda bu şirkət yalnız oyun distributoru olaraq fəaliyyət göstərsə də, "The Witcher" adlı oyun seriyasının uğurundan sonra dünya səviyyəsində məşhur olmağa başlamış və təcrübəli oyun stüdyosu olaraq şöhrət qazanmışdır. Şirkətin "The Witcher" seriyasıdakı "The Witcher 3: Wild Hunt" oyunu və “Cyberpunk 2077” oyunu geniş oyunçu kütləsi tərəfindən xüsusilə sevilən və bir çox mükafata layiq görülən oyunlarındandır.

© copyright 2022 | tech.az | info@tech.az