Genspark süni intellekt agenti ilə artıq videoları redaktə etmək mümkündür. Xidmət pulsuz olsa da, istifadə sayı gün ərzində məhduddur.
Bu agent, məsələn, bir saatlıq Sem Altman müsahibəsini cəmi 10 dəqiqəyə endirə, görüntünü səliqəli şəkildə kəsib-yapışdıra və hətta Yapon və İngilis dillərində altyazılar əlavə edə bilir. Ən maraqlı xüsusiyyətlərindən biri isə eyni vaxtda bir neçə videonu emal etməsidir ki, bu da idman oyunları kimi fərqli kamera görüntülərini bir araya gətirməyi asanlaşdırır.
Genspark videodakı ən uğurlu fraqmentləri seçir, onları montaj edir, transkript çıxarır və altyazı əlavə edir. Rus dilində aparılan bir testdə agent 23 dəqiqəlik bir verilişdən istifadəçinin axtardığı dialoqu vaxt kodu olmadan belə tapıb kəsə bilib.
Xidmətin pulsuz versiyasında istifadəçilərə gündəlik 100 kredit verilir ki, bu da adətən bir videonun redaktəsi üçün kifayətdir. Daha geniş imkanlar üçün isə aylıq abunə 25 ABŞ dollarından başlayır.