Az | EN

Google AI Plus Azərbaycan da Daxil Olmaqla 36 Ölkədə Xidmətə Başladı

Nigar Sultanli
08 Oktyabr 2025 11:17
59 baxış
Google AI Plus Azərbaycan da Daxil Olmaqla 36 Ölkədə Xidmətə Başladı

Google, süni intellekt xidmətlərini daha əlverişli etmək məqsədilə yaratdığı Google AI Plus planını daha 36 yeni ölkədə istifadəyə verərək ümumi əhatə dairəsini 77 ölkəyə çatdırıb. Bu genişlənmə dalğasında Azərbaycan və Türkiyə ilə yanaşı, Argentina, Braziliya, Kolumbiya, İraq, Cənubi Afrika, Şri Lanka və Tailand kimi iqtisadi baxımdan daha sərfəli qiymət tələb edən bazarlar yer alır. Google AI Plus, istifadəçilərə Gemini AI Pro planına nisbətən daha sərfəli alternativ təqdim edir və Google-un ən yeni Sİ modellərinə, o cümlədən alətlərinə çıxışı asanlaşdırır.

Plan çərçivəsində görsel yaratma və redaktə modeli "Nano Banana" üçün daha yüksək istifadə limitləri, Gemini tətbiqində "Flow" və "Whisk" alətləri ilə video yaratma imkanları təklif olunur. Bundan əlavə, Gmail və Docs kimi proqramlarda Gemini inteqrasiyası, NotebookLM-də daha çox resurs və fərdiləşdirmə seçimləri, həmçinin 200 GB bulud yaddaş sahəsi daxildir. Google AI Plus istifadəçiləri həmçinin Gemini-nin güclü 2.5 Pro modeli ilə dərin tədqiqat, daha əhatəli səsli xülasələr və inkişaf etmiş qeyd dəftəri funksiyalarından faydalana bilirlər. Qeyd etmək lazımdır ki, Gemini-yə yönəlik üstünlüklər yalnız əsas hesab sahibi üçün aktivdir, lakin yaddaş sahəsi beş ailə üzvü ilə bölüşülə bilər.

Qiymətlər ölkəyə görə dəyişsə də, plan aylıq $20 olan AI Pro-dan daha ucuzdur və yeni istifadəçilər üçün ilk altı ay ərzində yüzdə 50 endirim təklif olunur. Google bu planı xüsusilə qiymət həssaslığı yüksək olan bazarlarda mövqeləndirməyi hədəfləyir. İstifadəçilər bu gündən etibarən 77 ölkədən biri olan Azərbaycan və Türkiyə üzərindən Google AI Plus planına qeydiyyatdan keçə bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az