Google-a rəqib axtarış sistemi Perplexity AI 73.6 milyon dollar investisiya alıb. Süni intellek əsaslı axtarış sistemi B seriyası investisiya raundunda bu investisiyanı alıb. Perplexity AI bu investisiyanı 520 milyon dollar dəyərləndirmə ilə alıb.
IVP-nin rəhbərlik etdiyi investisiya raundunun iştirakçılarına NEA, Databricks, Nvidia, Bessemer Venture Partners, Kindred Ventures daxildir. Amazon-un qurucusu Jeff Bezos, Elad Gil, GitHub-ın baş direktoru Nat Fridman, Shopify-ın baş direktoru Tobi Lutke və Vercel-in qurucusu Guillermo Rauch da iştirak ediblər.
Son investisiya ilə Perplexity AI-ın aldığı ümimi investisiya miqdarı 99 milyon olub.
Perplexity AI digər axtarış sistemlərinin əsas rəqibidir. Rəqiblərindən Microsoft Bing axtarış sisteminə ChatGPT dəstəyi gətirdiyini açıqlamışdı.