Google bütün Windows istifadəçiləri üçün Apple-ın Spotlight funksiyasına bənzər yeni süni intellekt əsaslı axtarış panelini təqdim edib. Bu panel vasitəsilə istifadəçilər həm internetdə, həm də öz kompüterlərində məlumat axtara bilirlər.
Şirkət bu tətbiqi ilk dəfə 2025-ci ilin aprel ayında sınaqdan keçirməyə başlamışdı. İndi isə proqram ingilis dilində olmaqla qlobal şəkildə istifadəyə verilib.
Tətbiqi rəsmi saytdan yükləmək mümkündür və o, Windows 10 və daha yeni versiyalarda işləyir.
Axtarış panelini açmaq üçün istifadəçilər “Alt + boşluq” (space) düymə kombinasiyasından istifadə edə bilərlər. Açılan panel vasitəsilə internetdə, “Google Disk”də və kompüterdə saxlanılan fayllar arasında axtarış aparmaq mümkündür.
Bundan əlavə, sistemdə bir neçə rejim mövcuddur. Məsələn, istifadəçilər birbaşa süni intellektlə dialoq rejiminə keçə bilirlər.
