OpenAI şirkətinin üç il ərzində Cerebras çipləri ilə təchiz olunmuş serverlərə 20 milyard dollardan çox vəsait xərcləməyə razılaşdığı bildirilir. Bu məbləğ əvvəlki razılaşmanı üstələyir.
Qərar şirkətin süni intellekt modelləri üçün daha çox hesablama gücü əldə etmək istəyindən irəli gəlir. Xüsusilə də AI inference — yəni modellərin işlədilməsi mərhələsində resurs tələbatı sürətlə artır.
Kaliforniyanın Saniveyl şəhərində yerləşən Cerebras süni intellekt çipləri hazırlayan startap kimi tanınır.
Məlumata görə, bu razılaşma çərçivəsində OpenAI gələcəkdə şirkətdə azlıq payı əldə etmək imkanı verən opsionlar (warrantlar) da ala bilər. Əgər ümumi xərclər 30 milyard dollara çatarsa, bu payın 10%-ə qədər yüksəlməsi mümkündür.
Bundan əlavə, OpenAI-nin məlumat mərkəzlərinin maliyyələşdirilməsi üçün təxminən 1 milyard dollar ayıracağı da qeyd olunur.
