Yaponiya hökuməti Sony şirkətinə ölkənin qərbində yerləşən Kumamoto bölgəsində qurulacaq görüntü sensoru zavodu üçün 60 milyard yenə (təxminən 380 milyon dollar) qədər subsidiya ayıracaq.
Sənaye naziri Ryosei Akazavanın sözlərinə görə, bu addım avtonom idarəetmə və fiziki süni intellekt kimi sahələrdə istifadə olunan sensorların sabit təchizatını təmin etməyə yönəlib.
Qeyd edək ki, görüntü sensorları xüsusilə avtonom nəqliyyat sistemləri və süni intellekt tətbiqləri üçün getdikcə daha vacib komponentə çevrilir. Sony isə smartfonlarda istifadə olunan sensorların əsas təchizatçılarından biri kimi tanınır.
