Az | EN

Google yeni süni intellekt modeli Gemini-ni təqdim edib

Nail Valiyev
07 Dekabr 2023 11:36
994 baxış
Google yeni süni intellekt modeli Gemini-ni təqdim edib

Google yeni süni intellekt modeli Gemini-ni təqdim edib. Üç fərqli modeldə təqdim olunan Gemini Ultra, Pro və Nano-nun OpenAI-nin GPT-4 modelini əvəz edəcəyi gözlənilir. Gemini geniş tapşırıqları yerinə yetirə bilən süni intellekt modeli kimi diqqəti çəkir.

Gemini-nin istifadəsi ilk növbədə abunəçilər üçün öz tətbiqlərində lisenziyalaşdırma yolu ilə əlçatan olacaq. Tərtibatçılar və korporativ müştərilər dekabrın 13-dən etibarən Gemini Pro-ya giriş əldə edəcəklər. Gemini həmçinin Google-un Bard çatbotu və SGE kimi məhsullarını gücləndirmək üçün istifadə olunacaq.

Google-un CEO-su Sundar Piçay bildirib ki, Gemini çox funksiyalı dil anlayışı ilə insanlardan üstündür. Android tərtibatçıları Gemini Nano-nu tətbiqlərinə əlavə etmək üçün ilkin baxış üçün qeydiyyatdan keçə biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az