Az | EN

Google YouTube-un tətbiqini bağlayır

Bənövşə Kazımova
04 May 2022 13:30
184 baxış
Google YouTube-un tətbiqini bağlayır

Google şirkəti bir neçə il əvvəl istifadəyə verilən YouTube tətbiqinin çox yaxında bağlanacağını açıqlayıb. Bildirək ki, 2016-cı ildə Google mobil cihazlardan YouTube-a girişi asanlaşdırmaq məqsədi daşıyan və inkişaf etməkdə olan internet bazarlarına diqqət yetirən YouTube Go-nu işə salmışdı. Xüsusi olaraq Android üçün buraxılan mobil proqram standart YouTube-dan fərqli olaraq videoları endirərək digər istifadəçilərlə paylaşmağa imkan verirdi. Bundan əlavə, qeyd etmək lazımdır ki, Google məhdud məlumatı olan insanlar üçün mobil məlumat istifadəsini azaltmaq üçün yeni bir funksiya üzərində işləyir. Bir sözlə, YouTube Go-nun əksər xüsusiyyətləri artıq standart tətbiqə də gəlib. Heç bir problem olmadığı təqdirdə YouTube Go avqustda bağlanacaq. Bu müddət ərzində şirkət yuxarıda qeyd etdiyimiz kimi yeni xüsusiyyətlərə malik standart tətbiqi daha da inkişaf etdirəcək və aşağı performanslı cihazlar və internet bağlantısı olan istifadəçilər üçün səmərəli mühit təmin edəcək.

© copyright 2022 | tech.az | info@tech.az