Az | EN

GOUP-ın təşkilatçılığı ilə “Tech Ride” texnoloji konfransı baş tutub

Cəmil Hüseynzadə
26 May 2024 11:31
5605 baxış
GOUP-ın təşkilatçılığı ilə “Tech Ride” texnoloji konfransı baş tutub

25 May tarixində ADA Universitetində GOUP , İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Vispeek və tərəfdaşlarının təşkil etdiyi “Tech Ride” texnoloji konfransı baş tutub. Tech.az-ında media partnyoru olduğu konfrans ərzində yerli və xarici şirkətlərdən təcrübəli 38 spiker Süni İntellekt, Sahibkarlıq və Mühəndislik istiqamətlərində öz bilik və təcrübələrini auditoriya ilə bölüşüb suallarını cavablandırıblar.

Ümumilikdə 7 saat davam edən konfrans aktual panel müzakirələri, ən son texnoloji yeniliklər barədə individual çıxışlar, nötvorkinq imkanları, yeni əməkdaşlıqlar, interaktiv sessiyalar və əyləncəli fəaliyyətlərlə yadda qalıb.

Qeyd edək ki, GOUP Azərbaycanda texnoloji sahədə innovasiyalar təqdim edən, bu sahədə inkişafa təkan olan Amerika, San-Francisco əsaslı icmadır. 2017-ci ildən fəaliyyət göstərən icma fəaliyyət illəri ərzində mütəmadi olaraq müxtəlif tədbirlər, konfrans, vörkşop, seminar, vebinar və texnoloji sahədə mütəxəssis görüşləri təşkil edir. Bu ildən etibarən GOUP artıq hackathon və startuplar üçün inkubasiya proqramı həyata keçirməyi hədəfləyir. 

GOUP və fəaliyyətləri barədə son məlumatları icmanın LinkedIn hesabından əldə edə bilərsiniz:
https://www.linkedin.com/company/goupaz/

© copyright 2022 | tech.az | info@tech.az