Az | EN

GOUP və Cloud Native Computing Foundation təşkilatçılığı ilə Bakıda AIOSE Konfransı keçiriləcək

Cəmil Hüseynzadə
14 May 2024 17:44
351 baxış
GOUP və Cloud Native Computing Foundation təşkilatçılığı ilə Bakıda AIOSE Konfransı keçiriləcək

GOUP və Cloud Native Computing Foundation (CNCF) icmalarının birlikdə təşkil etdiyi növbəti AIOSE Konfransı Mayın 25-də ADA Universitetində baş tutacaq.

"Tech Ride" adlı tədbir Süni İntellekt, Mühəndislik və Sahibkarlıq mövzularında panel müzəkirələri və invidual çıxışları əhatə edəcək.

Çıxışlar eyni anda ADA Universitetinin 3 fərqli auditoriyasında paralel şəkildə yer alacaq. Yerli və xarici şirkətlərdə çalışan, öz sahələrində təcrübəli spikerlər bir-birindən maraqlı çıxışları ilə yadda qalacaq.

İştirakçılar konfrans müddətində ən son texnoloji yeniliklər barədə çıxışları dinləyib müzakirələrdə iştirak edə biləcək, netvörkinq imkanları, hədiyyələr, əyləncəli fəaliyyətlərlə dolu faydalı və maraqlı gün keçirəcəklər.

Konfransda iştirak edəcək spikerlərin kimliyi, 6 panel sessiyası və 14 individual çıxışın mövzuları barədə aşağıdakı linkdən, CNCF Baku-nun rəsmi səhifəsinə keçid edərək öyrənə bilərsiniz.

CNCF Baku Official page

"Tech Ride" konfransında iştirak etmək üçün aşağıdakı linkə keçid edərək bilet əldə edə bilərsiniz:

Standard konfrans bileti üçün: https://paymes.shop/GoUp/event/234299146

Tələbələrə özəl endirimli bilet üçün: https://paymes.shop/GoUp/event/234299152

Qeyd: Konfrans Azərbaycan dilindədir, panel müzəkirələri və fərdi çıxışlar ana dilimizdə olacaq.

Konfransda iştirak edəcək iştirakçılar üçün nahar fasiləsi və kofe breyklər də nəzərdə tutulub.

Hər birinizi bu möhtəşəm günün bir parçası olmağa dəvət edirik!

© copyright 2022 | tech.az | info@tech.az