Az | EN

Grok sürətlə populyarlıq qazanır: aktiv istifadəçi sayı bir ayda 5 milyon artıb

Cəmil Hüseynzadə
06 Yanvar 2026 12:13
84 baxış
Grok sürətlə populyarlıq qazanır: aktiv istifadəçi sayı bir ayda 5 milyon artıb

İlon Maskın Grok çat-botu qısa müddətdə dünya üzrə istifadəçilərin diqqətini cəlb etməyi bacarıb. Noyabr ayında aylıq aktiv istifadəçilərin sayı təxminən 25 milyon olduğu halda, dekabrda bu göstərici 30 milyonu keçib. Beləliklə, platformanın auditoriyası cəmi bir ay ərzində 5 milyon nəfər artıb.

Grok — İlon Maskın xAI şirkəti tərəfindən hazırlanmış süni intellekt əsaslı çat-botdur. O, “üsyankar” yumor üslubu və X (keçmiş Twitter) sosial şəbəkəsindən real vaxt rejimində məlumatlara çıxış imkanı ilə seçilir. Bu xüsusiyyət Grok-a aktual suallara operativ cavab verməyə imkan yaradır.

İnternetdə məlumat axtarışı ilə yanaşı, Grok istifadəçi sorğularına əsasən mətnlər, proqram kodları və təsvirlər də yarada bilir. Bu imkanlar onu ChatGPT və digər analoji süni intellekt çat-botlarının rəqibinə çevirir.

Grok ilk dəfə 2023-cü ilin noyabrında istifadəyə verilib. Daha sonra Grok-2, Grok-3 və Grok-4 versiyaları təqdim olunub. İlon Mask ötən ilin payızında Grok 4-Heavy versiyasını “hələ də ən ağıllı süni intellekt” adlandırsa da, şirkətin daha güclü bir yeniləmə üzərində çalışdığı bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az