Az | EN

GTA 6-nın təxirə salınması Polşa parlamentində müzakirə olunub

Cəmil Hüseynzadə
13 Noyabr 2025 10:25
111 baxış
GTA 6-nın təxirə salınması Polşa parlamentində müzakirə olunub

Rockstar Games-in GTA 6 oyununu 2026-cı il 26 may tarixindən 19 noyabra təxirə salması, təkcə oyun sənayesində deyil, beynəlxalq səviyyədə də böyük rezonans doğurub. Məsələ hətta Polşa parlamentində gündəmə gətirilib.

Polşalı millət vəkili Vitold Tumanoviç parlament iclasında çıxışı zamanı qərarı zarafatla tənqid edərək bildirib:

“Belə bir şeydən sonra insanlar küçəyə çıxmasa, nə baş verəcəyini bilmirəm.”

GTA 6 illərdir oyunçular tərəfindən səbirsizliklə gözlənilən layihə kimi dəyərləndirilir. Hələ satışa çıxmadan belə qlobal mədəni fenomenə çevrilən oyun, bu dəfə siyasət səviyyəsində də müzakirə olunmaqla oyun sənayesinin dünya miqyasında artan təsirini bir daha nümayiş etdirdi.
Polşa isə son illərdə Avropanın oyun istehsalı mərkəzlərindən birinə çevrilib. Ölkədə yerləşən CD Projekt Red (“The Witcher”, “Cyberpunk 2077”) kimi studiyalar sayəsində Polşa oyun sənayesi həm texnoloji inkişaf, həm də iqtisadi gəlir baxımından regionda önəmli yer tutur.

© copyright 2022 | tech.az | info@tech.az