Az | EN

Hiroşimada atom bombasının yaratdığı əvvəllər məlum olmayan maddə aşkar edilib

Cəmil Hüseynzadə
04 Avqust 2026 16:29
85 baxış
Hiroşimada atom bombasının yaratdığı əvvəllər məlum olmayan maddə aşkar edilib

Alimlər 1945-ci ildə Hiroşimaya atılan atom bombasının partlayışı nəticəsində yaranmış, əvvəllər elmə məlum olmayan yeni kristal ərintisi aşkar ediblər. Tədqiqatın nəticələri Science Advances jurnalında dərc olunub.

Florensiya Universitetinin geoloqu və kristalloqrafı Luka Bindinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu atom partlayışından sonra yaranmış mikroskopik hissəcikləri araşdırarkən silisiumla zəngin, çoxkomponentli metal ərintisi müəyyən edib. Alimlərin sözlərinə görə, bu maddə beş və ya daha çox əsas metal elementindən ibarətdir və yalnız ekstremal temperatur və təzyiq şəraitində yarana bilir.

Araşdırma zamanı Hiroşimadan toplanmış 34 mikroskopik nümunə yüksək dəqiqlikli rentgen analizindən keçirilib. Onların birində dəmir, nikel, silisium və alüminium kimi elementlərdən ibarət tamamilə yeni kristal quruluş aşkarlanıb.

Mütəxəssislərin fikrincə, atom partlayışı zamanı temperatur 7000°C-dən yuxarı qalxıb və şəhərdəki tikililər, metal, şüşə və digər materiallar plazmaya çevrilərək sonradan sürətlə soyuyub. Məhz bu ekstremal şərait nəticəsində yeni kristal ərintisi formalaşıb.

Alimlər hesab edirlər ki, bu kəşf yalnız nüvə partlayışlarının təsirlərini daha yaxşı anlamağa deyil, həm də yüksək möhkəmlik, istiliyədavamlılıq və korroziyaya qarşı davamlı yeni materialların hazırlanmasına töhfə verə bilər.

© copyright 2022 | tech.az | info@tech.az