Az | EN

iPhone 17 Pro təyyarədən 1 kilometrdən çox hündürlükdən düşdü, amma işləməyə davam etdi

Cəmil Hüseynzadə
04 Avqust 2026 12:08
104 baxış
iPhone 17 Pro təyyarədən 1 kilometrdən çox hündürlükdən düşdü, amma işləməyə davam etdi

ABŞ-də yaşayan rəssam Hizer Klaynın yeni aldığı iPhone 17 Pro qeyri-adi hadisə ilə gündəmə gəlib. Qadın Cessna Skyhawk təyyarəsinin arxa oturacağından mənzərəni çəkərkən güclü hava axını smartfonu əlindən alaraq təxminən 1 kilometrdən çox hündürlükdən aşağı atıb.

Hizer Klayn və həyat yoldaşı hadisədən dərhal sonra Apple Watch vasitəsilə "Find My iPhone" funksiyasından istifadə edərək cihazın GPS koordinatlarını müəyyən ediblər. Təyyarə yerə endikdən sonra onlar smartfonu axtarmağa yollanıblar.

Bir müddət sonra iPhone raps tarlasında tapılıb. Maraqlısı odur ki, cihazın nə ekranı, nə də kamerası zədələnib. Smartfon tam işlək vəziyyətdə olub və hətta ekranında uçuş marşrutu da açıq qalıb.

Mütəxəssislər bildirirlər ki, hündürlükdən düşən yastı formalı əşyalar hava müqaviməti hesabına müəyyən qədər stabilləşir və sürəti azalır. Bununla belə, telefonun yumşaq raps tarlasına düşməsi onun salamat qalmasında əsas rol oynayıb.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi bunu Apple üçün hazır reklam adlandırıb.

© copyright 2022 | tech.az | info@tech.az