Az | EN

“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub

Səbinə Eyvazova
01 Dekabr 2023 20:25
291 baxış
“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub

Bakıda keçirilən “InMerge İnnovasiya Sammiti” çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin  həyata keçirdiyi “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq məqsədilə keçirilən müsabiqə 13 nominasiya üzrə aparılıb.

Bakı Konqres Mərkəzində baş tutan mərasimdə ictimai səsvermə və münsiflər heyətinin dəyərləndirmələrinin nəticələrinə əsasən müvafiq nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

“İlin Startapı”  nominasiyası üzrə “Epoint”

“İlin İKT Sahibkarı” nominasiyası üzrə Zeynal Kərimzadə

“İlin Kəşfi” nominasiyası üzrə “Nexus Lab”

“Ekosistemin Lokomotivi” nominasiyası üzrə Mübariz Şahbazlı

“İlin Ekosistem Oyunçusu” nominasiyası üzrə “SABAH.HUB”

“İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə “Ünvanlı dövlət sosial yardımı”

“İlin Texnologiya Mediası” nominasiyası üzrə “Tech.az”

“İlin Bacarıq Gücü” nominasiyası üzrə “Baku Design Academy”

“İKT-də İlin Qadını” nominasiyası üzrə Səmayə Həbibova

“İlin Texnologiya İxtiraçısı” nominasiyası üzrə Ceyhun Xəlilov

“İlin Texnologiya Tədbiri” nominasiyası üzrə “BakuID”

“İlin Texnologiya İcması” nominasiyası üzrə “FemTech”

“İlin Texnopark Rezidenti” nominasiyası üzrə   “Simbrella Bakı”LLC  qaliblər sıransında yer alıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva qaliblərə mükafatlar və xatirə hədiyyələri təqdim edib. Eyni zamanda “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən bütün qaliblərə bir il ərzində biznes səyahətləri üçün pulsuz aviabiletlər təqdim edilib.

Qeyd edək ki, 12 sentyabrda start götürən müsabiqədə nominantlar idda.awards.az saytından qeydiyyatdan keçərək namizədliklərini irəli sürüblər. Müraciət edən 161 namizəd ictimai səsvermədə iştirak edərək toplam 31 mindən çox səs toplayıb. Bu mərhələdə ən yüksək nəticə göstərən 5 namizəd münsif dəyərləndirməsi mərhələsinə vəsiqə qazanıb. “IDDA Awards”ın münsiflər heyətinin nümayəndələri arasında Elvin Abbasov,  Leyla Bağırzadə, Vüsal Xəlilov, Zaur Ünsizadə, Sanya Kumari və Leyla Hacıyeva yer alıb.

© copyright 2022 | tech.az | info@tech.az