Az | EN

İlon Mask ABŞ-ın Twitter-ə tam çıxışı olduğunu etiraf edib

Nail Valiyev
18 Aprel 2023 12:15
366 baxış
İlon Mask ABŞ-ın Twitter-ə tam çıxışı olduğunu etiraf edib

İlon Mask müsahibədə ABŞ hökumətinin platformada olan hər şeyə, o cümlədən istifadəçilər arasındakı mesajlara tam çıxışı olduğunu iddia edib.

Bununla belə, o, müsahibəsində bildirib: “Dövlət qurumlarının Twitter-də baş verən hər şeyə  tam çıxışının olması məni çox təəccübləndirdi. Bunun qətiyyən fərqində deyildim”. ABŞ-ın Twitter-ə belə geniş miqyaslı çıxışının olmasının neçə nəfərə nə şəkildə təsir etdiyi və ya bu girişə kimin icazə verdiyi barədə məlumat yoxdur.

Twitter istifadəçiləri Maskın bu mövzunu öyrəndikdən sonra vəziyyəti dəyişdirib dəyişdirmədiyi ilə maraqlanırlar, lakin bu barədə hələki dəqiq məlumat yoxdur. Bundan əlavə, istifadəçi məlumatlarının hökumət tərəfindən əldə edilməsinin qarşısının necə alınması da istifadəçiləri maraqlandıran suallar arasındadır.

© copyright 2022 | tech.az | info@tech.az