Az | EN

İlon Mask bu ilin sonuna qədər Twitter-ə direktor təyin edəcəyini bildirib

Bənövşə Kazımova
15 Fevral 2023 10:59
861 baxış
İlon Mask bu ilin sonuna qədər Twitter-ə direktor təyin edəcəyini bildirib

Amerikalı sahibkar İlon Mask, 2023-cü ilin sonuna kimi hazırda vəzifələrini özü yerinə yetirdiyi Twitter-in direktoru vəzifəsinə başqa bir şəxsi təyin etmək niyyətindədir.

Bu barədə tech.az marja.az-a istinadən xəbər verir. Bildirilib ki, Mask çərşənbə günü Dubayda keçirilən Dünya Hökumət Sammitində videobağlantı vasitəsilə danışarkən bildirib.

"Biz ilk növbədə şirkəti sabitləşdirməliyik. Onun maliyyə sağlamlığını təmin etməliyik. Bununla bağlı planlar kifayət qədər aydın şəkildə tərtib olunub. 2023-cü ilin sonuna qədər Twitter-in direktoru vəzifəsinə təyinat ola biləcəyini düşünürəm", - deyib.

Xatırlada ki, oktyabrın 27-də amerikalı iş adamı Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Twitter-i satın alındıqdan sonra o, baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal da daxil olmaqla, şirkət rəhbərliyinin bir sıra üzvlərini işdən çıxarıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərdən belə məlum olur ki, Mask həm də direktorlar şurasını ləğv edib və şirkətin yeganə rəhbəri olub.

© copyright 2022 | tech.az | info@tech.az