Donald Trampın Twitter hesabı blokdan çıxarılıb. Belə ki, İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da bağlanmış Twitter hesabını yenidən aktivləşdirib.
Mask bu yaxınlarda keçirdiyi Trampın Twitter-ə geri qayıtması ilə bağlı sorğuya əsasən qərar verib. Sorğu 15 milyondan çox səs toplayıb və 51,8% “bəli” səs verib. Bununla belə, Tramp şənbə günü verdiyi video müsahibəsində Twitter-ə qayıtmaq üçün heç bir səbəb görmədiyini bildirib
Xatırladaq ki, “Twitter” 2021-ci ilin yanvarında Respublikaçı tərəfdarların Kapitoliyə hücumu fonunda Trampın hesabını bloklamışdı. Platformanın rəhbərliyi qərarını zorakılığa daha da təhrik etmək riski ilə əsaslandırıb.