“Tesla”, “SpaceX” və "Twitter" şirkətlərinə rəhbərlik edən amerikalı sahibkar İlon Mask dünyanın ən varlı adamı titulunu itirib. Bu barədə "Forbes" jurnalı məlumat verib.
Belə ki, Mask “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı insanları siyahısında ikinci pillədə yer alıb.
“Forbes” jurnalının dərc etdiyi siyahıda İlon Maskın sərvəti 185,7 milyard dollar həcmində qiymətləndirilir. Maskın sərvətinin kəskin azalması Tesla səhmlərinin aşağı düşməsi və Twitter-in satın alınması ilə bağlıdır. Reytinq siyahısında ilk pillədə isə 185,8 milyard dollar sərvəti ilə Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun baş direktoru Bernard Arnault yer alıb.