Az | EN

İlon Mask indi Google-a rəqib olmaq istəyir!

Cəmil Hüseynzadə
08 Avqust 2023 12:06
394 baxış
İlon Mask indi Google-a rəqib olmaq istəyir!

Twitter (X) İlon Maskın rəhbərliyi altında yeni funksiyalar almağa davam edir. Müxtəlif kateqoriyalardan minlərlə paylaşıma ev sahibliyi edən Twitter üçün süni intellektə əsaslanan axtarış funksiyası yoldadır. Bu o deməkdir ki, axtarışlarınız sözlərə deyil, mənaya əsaslanan nəticələri göstərəcək.

İlon Maskın açıqlamasına görə, Twitter xüsusi tvitlər və məlumatların axtarışını daha səmərəli etmək istəyir. Bunun üçün platforma semantik axtarış funksiyası üzərində işləyir. Semantik axtarış sayəsində axtardığınız sözün mənası axtarılacaq.

İlon Maskın paylaşdığı tvitdə şirkətin hazırda semantik axtarış üzərində işlədiyi bildirilib. Kontekstli axtarış kimi də tanınan bu texnologiya, axtarılan sözləri uyğunlaşdırmaqdansa, axtarış sorğusunun arxasında duran məqsədi başa düşməyi hədəfləyir.

Google və Bing kimi bir çox axtarış sistemində istifadə edilən semantik axtarış istifadəçilərə daha uyğun nəticələr tapmağa imkan verir. 

Maskın yazısına görə, yeni axtarış texnologiyası tədricən istifadəyə veriləcək. O, ilkin olaraq xəbərlər və cari hadisələrlə bağlı sorğulara diqqət yetirəcək. Beləliklə, X-də məşhur olan mövzunu axtarmaq istəyən istifadəçilərə müvafiq tvitlər göstəriləcək.

© copyright 2022 | tech.az | info@tech.az