Az | EN

İlon Mask Microsoft-u məhkəməyə verməklə təhdid edib

Nail Valiyev
20 Aprel 2023 14:14
398 baxış
İlon Mask Microsoft-u məhkəməyə verməklə təhdid edib

İlon Mask Twitter-in məlumat bazasından qeyri-qanuni  istifadə etməsinə görə Microsoft-u onlara qarşı hüquqi tədbir görəcəyi ilə bağlı təhdid edib. 

OpenAI Twitter-in məlumat bazasından ChatGPT kimi dil modellərinin formalaşdırılmasında istifadə edir. Bu yaxınlarda isə Bing, Edge və Microsoft 365 kimi alətlərə süni intellekti inteqrasiya etdirən Microsoft OpenAI-a investisiya edib. İlon Maskın təhdidinin bununla bağlı olduğu düşünülür.

Məlumat üçün bildirək ki, Microsoft-un reklam platformasının artıq Twitteri dəstəkləməyəcəyi xəbərindən sonra İlon Mask məhkəmə barədə tvitlə geridönüş edib. Twitter-in yeni qiymət tənzimləməsinə əsasən, Microsoft kimi böyük şirkətlər Twitter-in tətbiq proqramlaşdırma interfeysi-nə giriş əldə etmək üçün ayda 42.000 dollara qədər pul ödəməlidir. Microsoft-un reklam platforması da bu dəyişikliyə görə Twitter-ə dəstəyini dayandıracacağını bildirib. Bunu qeyd edən bir tvitə cavab olaraq isə İlon Mask şirkəti məhkəməyə verəcəyini bildirib.

 

© copyright 2022 | tech.az | info@tech.az