Az | EN

İlon Mask öz süni intellekt şirkətini qurub

Nail Valiyev
17 Aprel 2023 10:58
443 baxış
İlon Mask öz süni intellekt şirkətini qurub

Wall Street Journal-ın xəbərinə görə, İlon Mask X.AI adlı yeni süni intellekt şirkəti qurub. Keçən ay Nevada ştatında qurulan şirkətə hazırda İlon Mask və Maskın ailə ofisinin meneceri Jared Birchall rəhbərlik edir. Maskın biznesə 9 mart 2023-cü ildə başladığı bildirilib.

Hələlik, X.AI-in ChatGPT-yə rəqib olacaq bir məhsul təqdim edib-etməyəcəyi bəlli deyil. Lakin, Maskın qəbul etdiyi qərarlara əsasən deyə bilərik ki, bu güclü bir ehtimaldır. Çünki layihəyə rəhbərlik edəcəyinə güman edilən alim İqor Babuşkin daxil DeepMind-in iki keçmiş əməkdaşının işə götürüldüyü ilə bağlı yayılan məlumatlar da var. 

Əlavə olaraq, Financial Times bildirib ki, İlon Mask X.Al-a görə vəsait toplamaq üçün Tesla və SpaceX-ın investorları ilə danışıqlar aparır.

 

© copyright 2022 | tech.az | info@tech.az