İlon Mask "Twitter" vasitəsilə "Apple" şirkətinə “müharibə” elan edib. O, bazar ertəsi günü "Apple"ın "Twitter"dəki reklamlarının əksəriyyətini dayandırdığını və "Apple"ın "Twitter"i şirkətin tətbiqini AppStore mağazasından silməklə hədələdiyini açıqlayıb.
Mask şirkəti öz mağazasındakı proqramların müəyyən məzmun standartlarına cavab verməsini tələb edərək söz azadlığını boğmaqda günahlandırıb və şirkətin Amerikada söz azadlığına nifrət edib-etmədiyini soruşub.
Bundan əlavə, Mask xüsusi olaraq bir tvitdə "burada nə baş verir" yazaraq "Apple"ın baş direktoru Tim Kukun "Twitter" hesabını işarələyib. Nəzərinizə çatdıraq ki, Apple tətbiq mağazasında edilən satışlardan pay almaqda da ittiham edilib.