İlon Mask bir neçə ildir aktiv olmayan hesabların Twitter-dən silinəcəyini açıqlayıb.
Mövzu ilə bağlı Twitter hesabından paylaşım edərək bir neçə ildir fəaliyyətsiz qalan hesabları siləcəklərini açıqlayan Mask "Bu səbəblə, yəqin ki, izləyici sayında azalma görəcəksiniz" deyə bildirib. Twitter-in yeni qaydasına əsasən, istifadəçilər hesablarını aktiv saxlamaq üçün ən azı 30 gündən bir daxil olmalıdırlar.
Qeyri-aktiv hesabların silinməsi, bir sıra istifadəçi adlarının yenidən istifadə edilməsinə imkan yaradacaq.
Qeyd edək ki, İlon Mask oktyabr ayında Twitter-in yeni sahibi olaraq aktiv olmayan hesabların adlarını istifadəyə verməyi planladığı ilə bağlı tvit atmışdı.
Yeni qərarla Mask köhnə istifadəçiləri Twitter-ə geri qaytara bilər. Bunun da öz növbəsində Twitter-in gəlirlərinin artmasına səbəb olacağı gözlənilir.