İlon Mask Twitter-in adını və loqosunu dəyişdirərək X etmək qərarına gəlib.
Bu gündən etibarən Twitter-in adı və loqosu dəyişdirilib. Maskın son açıqlamalarına görə Twitter brendi tezliklə tamamilə silinəcək. “Twitter” loqosu və uzun illərdir istifadə olunan “tvit” ifadəsi yox olacaq. Hətta Twitter-in internet ünvanı da dəyişdirilib. Hal-hazırda, X.com-a daxil olduğunuz zaman Twitter ana səhifəsi görünür. Bu dəyişikliklərlə bağlı Maskın yeni CEO-su Linda Yaccarino da bəzi açıqlamalar verib. Yeni CEO-nun sözlərinə görə "X" bir çox funksiyalar təqdim edən hərtərəfli sosial şəbəkə platforması olacaq. X səs, video, mesajlaşma və ödəniş/bankçılıq kimi xüsusiyyətləri özündə birləşdirən geniş platforma kimi fəaliyyət göstərəcək.
Böyük dəyişiklikdən əvvəl İlon Mask dünən profil şəklini qara fonda kosmik mövzulu X hərfinə dəyişib. Twitter adının Maskın profilindən tamamilə silindiyi görünür.