İlon Mask paylaşdığı tvitlə Twitterə yeni baş direktor təyin etdiyini açıqlayaraq, yeni CEO-nun təxminən 6 həftə sonra vəzifəyə başlayacağını bildirib.
Maskın yeni rolu sədr və texniki direktor olaraq yenilənəcək və yeni vəzifəsində məhsul və proqram təminatına fokuslanacaq. Yeni baş direktorun kimliyi açıqlanmamış olsa da, The Wall Street Journal-ın paylaşdığı məlumata görə, yeni CEO NBCUniversal-ın reklam departamentinin rəhbəri Linda Yakkarinodur.
Yeni baş direktorun X Corp strukturu altında yerini alması planlaşdırılır. İlon Mask daha əvvəl Twitter-in X adlı daha fərqli bir proqrama çevriləcəyini və Çinin WeChat tətbiqinə bənzər platformalarla rəqabət apara biləcəyini bildirmişdi. Maskın paylaşımında Twitter-i X kimi qeyd etməsi onu göstərir ki, yeni CEO Twitter-i daha fərqli bir versiyaya çevirmə prosesini öz üzərinə götürəcək.
Qeyd edək ki, İlon Maskın istefası ilə bağlı paylaşımından sonra Teslanın səhmlərinin dəyəri yüksəlib.