Az | EN

İlon Mask: X platforması bankları əvəz edəcək

Cəmil Hüseynzadə
27 Oktyabr 2023 11:53
673 baxış
İlon Mask: X platforması bankları əvəz edəcək

İlon Maskın X (keçmiş Twitter) platforması 2024-cü ilə qədər maliyyə xidmətləri təklif etməyə başlamağı planlaşdırır. Mask X-in “super proqram”a çevrilməsi məqsədi ilə WeChat-a bənzər platforma yaratmağa çalışır. O, istifadəçinin maliyyə həyatının bütün aspektlərini əhatə edən bir xidmət təqdim etməyi hədəflədiyini və ənənəvi bank hesablarına ehtiyacın aradan qaldırılması fikrini irəli sürüb: Ödəniş əməliyyatları deyəndə, əslində insanın bütün maliyyə həyatından bəhs edirəm. Pul, qiymətli kağızlar və ya nə adlanırsa. Yəni bu, dostuma 20 dollar göndərmək kimi deyil. Bank hesabına ehtiyacınız olmayacaq. Gələn ilin sonuna qədər bunu işə salmasaq, ağlımı itirəcəm. - o, qeyd edib. 

Bununla belə, bu yeni xidmətin lisenziyalaşdırma çətinlikləri və ənənəvi maliyyə sisteminə inteqrasiya kimi problemlərlə üzləşəcəyi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az