Az | EN

İlon Maskın vəkili Türk startapı Martının idarə heyətinə qoşulub

Cəmil Hüseynzadə
23 Dekabr 2024 12:30
296 baxış
İlon Maskın vəkili Türk startapı Martının idarə heyətinə qoşulub

Martı Məşhur Hüquqşünas Aleks Spiro-nun İdarə Heyətinə Qoşulduğunu Açıqlayıb

Texnologiya sahəsindəki uğurları ilə tanınan Martı, Donald Trump-a yaxınlığı və İlon Maskın hüquqşünası kimi fəaliyyəti ilə məşhur olan Aleks Spironun İdarə Heyətinə qoşulduğunu açıqlayıb. Aleks Spiro Martı-nın gələcək planlarına və strateji qərarlarına dəstək olacaq.

Harvard Universitetinin Hüquq Fakültəsindən məzun olduqdan sonra Aleks Spiro karyerasına Nyu-Yorkda prokuror kimi başlayıb və beynəlxalq məhkəmə işlərində qazandığı uğurlarla tanınıb. Son dövrlərdə "X" (keçmiş Twitter) ilə bağlı məhkəmə işlərində fəal rolu ilə diqqət çəkən Spiro, hazırda Tesla-nın hüquqşünası olaraq fəaliyyət göstərir. O, həmçinin dünyanın bir çox aparıcı şirkətlərinə hüquqi məsləhət xidmətləri təqdim edir.

Öktem: Aleks ilə əməkdaşlıq etməkdən məmnunuq

Martı-nın qurucusu Oğuz Alper Öktem mövzu ilə bağlı belə danışıb:
“Aleks-in biznes və siyasət sahəsində geniş müştəri portfelinə sahib olması, eləcə də qlobal texnologiya startapları ilə iş təcrübəsi, şirkətimizə və missiyamıza böyük dəyər qatacaq. Aleks ilə əməkdaşlıq etməkdən çox məmnunam.”

Aleks Spiro isə açıqlamasında qeyd edib:
“Dünyanın ən uğurlu sahibkarları və şirkətləri ilə işləmək şansı qazandım. Alper və komandası indiyə qədər tanıdığım ən yaxşı komandalar arasındadır. Martı-nın miqyasını artırmaq və 2025-ci il üçün gəlirlilik hədəfinə çatmaq yolunda şirkəti dəstəkləməkdən məmnunam.”

© copyright 2022 | tech.az | info@tech.az