Azərbaycan Mərkəzi Bankı (AMB) “A-Solutions Elektron Pul Təşkilatı” MMC (“akart”) və “Greentek Group” MMC-yə (tanınan adı ilə “Greentek Pay”) icrası məcburi göstəriş verib.
Cari nəzarət tədbirləri çərçivəsində AMB tərəfindən aparılan yoxlamalar zamanı hər iki təşkilatın 01 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə Vahid Elektron Valyuta İnformasiya Sisteminə (VƏVİS) inteqrasiya təmin etmədən xarici valyutada pul köçürmə əməliyyatları apardıqları müəyyən edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər iki şirkətə VƏVİS-ə inteqrasiya tamamlanana qədər xarici valyuta üzrə köçürmə əməliyyatlarını dərhal dayandırmaq barədə göstəriş verilib.
Xatırladaq ki:
“A-Solutions Elektron Pul Təşkilatı” MMC 2024-cü ilin may ayında,
“Greentek Group” MMC isə 2024-cü il 18 sentyabr tarixində AMB-dən fəaliyyət lisenziyası alıb.
Mərkəzi Bankın bu addımı maliyyə texnologiyaları sahəsində şəffaflığın və nəzarətin gücləndirilməsi istiqamətində atılan tədbirlər çərçivəsində qiymətləndirilir.