İndoneziyada xarici şirkətlər üçün yerli bazarda fəaliyyət göstərmək məqsədilə yerli istehsalata sərmayə qoymaq tələbi mövcuddur və görünən odur ki, Apple bu öhdəliyi tam yerinə yetirməyib.
Apple İndoneziya bazarına giriş üçün ölkədə mühəndis və dizayn mərkəzləri, yəni “Apple akademiyaları” qurmağı vəd etmişdi. Məlum deyil ki, bu məqsədlə və ya başqa səbəbdən, lakin şirkət artıq vəd etdiyi 114 milyon dollardan 98,8 milyon dollarını ödəyib. Yəni, təxminən 15,2 milyon dollar çatışmazlıq var. Nəticədə İndoneziyalılar hal-hazırda iPhone-larsız qalıblar.
Ölkənin Sənaye Nazirliyi bəyan edib ki, cihazların satışını təmin etmək üçün lazım olan IMEI sertifikatlarını verə bilməz. Bu səbəbdən, payızda buraxılan iPhone 16 və digər məhsullar İndoneziyada qadağan edilib. Turistlərə məxsus iPhone-ların taleyi isə hələ ki, tam aydın deyil. Məsələn, Sənaye naziri belə bir açıqlama verib: “Əgər İndoneziyada işləyə bilən iPhone 16 varsa, o zaman mən deyə bilərəm ki, bu cihaz qanunsuzdur. Bizi bu haqda məlumatlandırın.”
Apple-in bu qərarı apellyasiya edib-etməyəcəyi və ya qalan məbləği ödəyib-ödəməyəcəyi hələlik məlum deyil.