Az | EN

İnnovasiya ekosistemi üçün Dealroom-un Azərbaycan versiyası təqdim edilib

Cəmil Hüseynzadə
11 İyul 2024 15:46
556 baxış
İnnovasiya ekosistemi üçün Dealroom-un Azərbaycan versiyası təqdim edilib

Azərbaycan startap ekosistemi haqqında bütün məlumatları bir mərkəzdə toplayan platforma - ecosystem.az təqdim edilib. Platforma İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Dealroom ilə əməkdaşlığı çərçivəsində hazırlanıb. 

ecosystem.az platformasında yerli startaplar, texnologiya şirkətləri, investisiyalar haqqında məlumat var. Platforma Dealroom-un Azərbaycan versiyası kimi təqdim edilib. Dealroom-un rəsmi səhifəsində yayımlanan məlumatda “200-dən çox startap neft iqtisadiyyatından Avrasiya texnoloji mərkəzinə keçidə rəhbərlik edir.” deyilir.

Hazırda ölkəmizdə fəaliyyət göstərən startaplar haqqında məkumatlar ecosystem.az saytında real vaxt rejimində yer alıb. 

© copyright 2022 | tech.az | info@tech.az