Instagram istifadəçilərin DM-lərində istənməyən çılpaq fotolar almaqdan qorumaq üçün yeni həll üzərində işləyir. Instagram-ın ana şirkəti Meta, The Verge-ə təsdiq edib ki, hələ inkişafın ilk mərhələsində olan istəyə bağlı istifadəçi nəzarəti insanlara çılpaq fotolardan və digər arzuolunmaz mesajlardan qorunmağa kömək edəcək. Texnologiya nəhəngi bu nəzarətləri istifadəçilərə təhqiredici məzmunlu birbaşa mesaj sorğularını avtomatik filtrləməyə imkan verən “Gizli Sözlər” funksiyasına bənzədilib.Yeni funksiya ilə istifadəçilər istəmədikləri şəxslərdən çıplaq məzmun qəbul etməyəcəklər. Meta testə yaxınlaşdıqca yaxın bir neçə həftə ərzində yeni xüsusiyyət haqqında daha ətraflı məlumat paylaşacağını bildirib.
Britaniyanın qeyri-kommersiya təşkilatı olan Rəqəmsal Nifrətə Qarşı Mübarizə Mərkəzinin bu ilin əvvəlində dərc etdiyi hesabatda, Instagram alətlərinin yüksək profilli qadınlara göndərilən şəkillərə əsaslanan təhqiramiz birbaşa mesajların 90 faizinə təsir etmədiyi müəyyən edilib. Çoxlarına kişilər tərəfindən seksual şəkillər göndərilib və hətta “gizli sözlər” funksiyası “b*tch” kimi söyüşləri tamamilə süzgəcdən keçirə bilməyib.