Instagram mesajlaşma təcrübəsini daha da yaxşılaşdırmaq üçün DM-lərinə yeni funksiyalar əlavə edib. Artıq istifadəçilər 99 dildə tərcümə, mesajları öncədən planlama, vacib mesajları sabitləmə və musiqi paylaşımı kimi xüsusiyyətlərdən yararlana biləcəklər.
Bu yeniliklər Instagram-ın mesajlaşma sistemini iMessage və digər populyar mesajlaşma tətbiqləri ilə daha rəqabətli hala gətirmək məqsədi daşıyır. Əvvəlcə iOS və Android cihazlar üçün təqdim ediləcək funksiyalar, daha sonra Instagram-ın veb versiyasına əlavə olunacaq.
- 99 dildə avtomatik tərcümə: Başqa dildə yazılan və ya alınan mesajlar avtomatik olaraq tərcümə edilə biləcək. Bu xüsusiyyət, dil baryerini aradan qaldıraraq istifadəçilərin daha qlobal ünsiyyət qurmasına kömək edəcək.
- Mesaj planlama: İstifadəçilər artıq bir mesajı 29 günə qədər öncədən planlaya biləcəklər. Bunun üçün mesajı yazıb "göndər" düyməsinə uzun basmaq və göndərmə tarixi və saatını seçmək kifayətdir.
- Mesajları sabitləmə: Artıq istifadəçilər hər hansı bir mesajı, şəkli, memi və ya Reels videosunu söhbətin yuxarısına sabitləyə bilərlər. Bunun üçün sadəcə həmin mesajın üzərinə basıb "sabitle" seçimini etmək lazımdır.
- Musiqi paylaşımı: Musiqi paylaşmaq və yeni mahnılar kəşf etmək istəyənlər üçün xüsusi funksiya əlavə edilib. DM-də sticker düyməsinə basıb musiqi bölməsinə keçərək, istənilən mahnını axtarıb onun 30 saniyəlik önizləməsini dostlarınıza göndərə biləcəksiniz.
- QR kod ilə qrup dəvəti: İstifadəçilər artıq birini qrup söhbətinə əlavə etmək üçün QR kod vasitəsilə dəvət göndərə biləcəklər.
Bu yeni funksiyalar sayəsində Instagram, mesajlaşmanı daha interaktiv və rahat hala gətirməyi hədəfləyir.