Az | EN

Alibaba yeni Sİ platforması Qoder-i təqdim edib

Nigar Sultanli
22 Avqust 2025 13:13
53 baxış
Alibaba yeni Sİ platforması Qoder-i təqdim edib

Alibaba" şirkəti proqramçılar üçün yeni süni intellekt platforması olan Qoder-i istifadəyə verib. Bu platforma, proqramçıların kod yazmasını və redaktə etməsini asanlaşdırır.

Qoder-in əsas rejimləri bunlardır:

  • Çat rejimi: Bu rejimdə süni intellekt (Sİ) ilə söhbət edə bilərsiniz. Proqram üçün ilkin variantlar hazırlada, daha sonra isə lazım olan dəyişiklikləri edə bilərsiniz.
  • Quest Mode (Agent rejimi): Bu, süni intellektin müstəqil işlədiyi rejimdir. O, kod bazasında özü hərəkət edir, tapşırıqları yerinə yetirir və yalnız çətinliklə qarşılaşdıqda sizdən kömək istəyir. Sİ gördüyü işləri "to-do" (görüləcək işlər) siyahısında qeyd edir və hər addımı sizə göstərir.
  • Repo Wiki rejimi: Bu rejim mövcud layihənin kod bazasını daha yaxşı başa düşməyə kömək edir. Süni intellekt proqramın strukturunu vizual şəkildə nümayiş etdirir.

Qoder-də istifadə olunan süni intellekt modelləri, yerinə yetiriləcək tapşırığın mürəkkəbliyindən asılı olaraq avtomatik seçilir. Bu modellərin "premium" və "əsas" variantları mövcuddur.

Hazırda Qoder beta-versiyada tamamilə pulsuzdur. Bir neçə həftədən sonra isə sınaq müddəti başlayacaq və bu zaman istifadəçilər üçün sorğu sayı məhdudlaşdırılacaq. Ödənişli planların qiymətləri isə sonradan elan olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az