Az | EN

Instagram ödənişli abunə sisteminə keçid edir

Nail Valiyev
18 İyul 2022 13:30
293 baxış
Instagram ödənişli abunə sisteminə keçid edir

Dünyanın ən məşhur foto və video paylaşma tətbiqi olan Instagram, reklam gəlirlərinə əlavə olaraq yeni gəlir metodunu tətbiq etməyə hazırlaşır. Məzmun yaradıcılarının birbaşa gəlir əldə etmələrini təmin edən abunə sistemi tezliklə istifadəyə veriləcək. Hazırda sınaq mərhələsində olan xüsusiyyət müəyyən ödənişlər müqabilində yazıları və Reels məzmununu görməyə imkan verəcək.

Instagram-ın rəhbəri Adam Mosseri, Instagram yaradıcılarının öz postlarını gizlədə və videoları müəyyən istifadəçilərə ödəniş müqabilində göstərə biləcəklərini söyləyib. 

Bundan əlavə, abunəçilər eksklüziv postlarda və fotoşəkillərində bənövşəyi nişan və tac simvolu görəcəklər.

Bu yazılar məzmun yaradıcısının Instagram profilində "Abunəçi Əsas Səhifə" adlı ayrıca səhifədə yerləşəcək. Digər tərəfdən müəyyən ödəniş müqabilində profilə abunə olan istifadəçilər bu funksiya ilə yaradıcılarla söhbət edə biləcəklər. Platformada aylıq üzvlük haqları 99 sentdən 99 dollara qədərdir.

© copyright 2022 | tech.az | info@tech.az