Instagram yayın əvvəlində ABŞ-da sınaqdan keçirməyə başladığı və istifadəçilərə video çəkərək yaşlarını yoxlamağa imkan verən funksiyan Avropa Birliyi ölkələrində və Böyük Britaniyada istifadəyə verib.
İstifadəçilər tərəfindən çəkilən videolar İngiltərədə yerləşən rəqəmsal şəxsiyyət startapı Yoti-nin yaş hesablama texnologiyası ilə təhlil ediləcək. Yoti startapının verdiyi məlumata görə, bu texnologiya üz aşkarlama texnologiyası deyil, sadəcə istifadəçinin yaşını təxmin edir.
Üz tanıma texnologiyası şəhərlərin küçələrindən hava limanlarına, stadionlardan ictimai binalara kimi həyatın demək olar ki, hər sahəsində istifadə olunmağa başlayıb. Ara-sıra məxfiliklə bağlı narahatlıqlara səbəb olan bu texnologiyadan Instagram da istifadə etməyə qərar verib. Belə ki, platformada bot hesablarının sayının artmasından şikayətlənən Instagram üz tanıma sistemi ilə istifadəçilərin real insan olub-olmadığını öyrənmək istəyir.
Yeni funksiya istifadəçilərdən üzlərinin hər tərəfini göstərən selfi videosu çəkməyi xahiş edir. Üzünü skan etməyənlərin hesablarına daxil olmasının qarşısı alınır. Əlavə edək ki, çəkilmiş videolar Instaqram-da, ümumiyyətlə, görünməyəcək və 30 gün ərzində tamamilə silinəcək. Bundan əlavə, üzün tanınması ilə hesab doğrulama funksiyası yalnız şübhəli bilnən Instagram hesabları üçün əlçatan olacaq.