Instagram DM vasitəsilə alış-veriş etmək üçün yeni funksiya təqdim edəcəyini açıqlayıb.
Sosial media platformaları uzun müddətdir ki, alış-veriş etmək istəyən insanların diqqət mərkəzindədir. Xüsusilə, Meta-nın nəzdində olan şirkətlər bu istiqamətdə işlər görür. Bildirilib ki, sosial şəbəkədə səhifələrini açıb məhsullarını satan on minlərlə mağaza olduğuna görə Instagram bu addımı atıb.
Funksiya əlçatan olduqdan sonra DM bölməsindən ətraflı məlumat almaqla, platformadakı səhifələrdə göstərilən məhsulları kredit kartı ilə sifariş etmək mümkün olacaq.