Az | EN

Intel internet və şəbəkə bölməsini satır

Nigar Sultanli
23 May 2025 15:12
444 baxış
Intel internet və şəbəkə bölməsini satır

Semikonduktor nəhəngi Intel CEO-su Lip-Bu Tan şirkətin əsas biznes sahələrinə fərdi kompüterlər və data mərkəzi çiplərinə fokuslanmaq üçün struktur dəyişikliklərini davam etdirir. Reuters-in məlumatına görə, Intel telekommunikasiya avadanlıqları üçün çiplər hazırlayan və 2024-cü ildə 5.8 milyard dollar gəlir gətirən şəbəkə və edge (kənar hesablama) bölməsini satmağı nəzərdən keçirir.

Hazırda şirkət potensial alıcılarla ilkin danışıqlara başlayıb, lakin rəsmi satış prosesi hələ başlanmayıb. CEO Tan daha əvvəl qeyri-əsas bölmələrin ayrılacağını və resursların əsas fəaliyyət sahələrinə yönələcəyini açıqlamışdı.

Bu addım Intel-in rəqabət qabiliyyətini artırmaq və maliyyə vəziyyətini gücləndirmək məqsədi daşıyır. Satışdan əldə olunacaq gəlirlər isə əsas biznes sahələrində – PC və data mərkəzləri üçün çiplərin inkişafına sərf olunacaq. Şirkət hələ mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

© copyright 2022 | tech.az | info@tech.az