Az | EN

iPhone 15 modellərinin batareya tutumu gözləniləndən çox olacaq

Nail Valiyev
05 İyul 2023 12:25
526 baxış
iPhone 15 modellərinin batareya tutumu gözləniləndən çox olacaq

2022-ci ildə təqdim edilən iPhone 14 ailəsi kimi 4 fərqli modeldən ibarət olması gözlənilən iPhone 15 ailəsində əhəmiyyətli yeniliklər olacaq. Ötən aylarda Apple-ın iPhone-larda Type-C-yə keçəcəyini sizə bildirmişdik. Bu iPhone ailəsində əhəmiyyətli dərəcədə yenilikdir. 

iPhone modellərinin istehsal edildiyi Çin mərkəzli Foxconn-a yaxın mənbəyə əsaslanan yeni məlumata görə iPhone 15 modellərinin batareya tutumu da əhəmiyyətli dərəcədə artacaq. Xatırladaq ki, iPhone 14 Pro Max və iPhone 14 Plus modellərinin batareya performansları uğurlu olsa da, iPhone 14 Pro və iPhone 14 üçün eyni şeyi demək mümkün deyil.

Batareyaların böyüməsi ilə kiçik ekranlı digər modellər də uğurlu performansa nail ola bilirlər. iPhone 15 modelinin 3877 mAh, iPhone 15 Plus modelinin 4912 mAh, iPhone 15 Pro modelinin 3650 mAh və iPhone 15 Pro Max modelinin 4852 mAh olacağı gözlənilir.

iPhone 14 ailəsindəki modellərlə müqayisədə iPhone 15 üçün 18 faiz, iPhone 15 Plus üçün 13,6 faiz, iPhone 15 Pro üçün 14,1 faiz və iPhone 15 Pro Max üçün 10,9 faiz artım var. Xüsusilə iPhone 15 modeli üçün batareya tutumunda əhəmiyyətli artım olacağı görünür.

iPhone 15 və iPhone 15 Plus-da A16 Bionic prosessorundan istifadə ediləcəyi gözlənilir. iPhone 15 Pro isə yeni A17 Bionic prosessorundan istifadə edəcək. 

© copyright 2022 | tech.az | info@tech.az