Az | EN

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

Səbinə Eyvazova
01 Dekabr 2023 15:22
343 baxış
İRİA “Digital Azerbaijan” brendini təqdim edib

“Inmerge İnnovasiya Sammiti” çərçivəsində çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva yeni  “Digital.Azerbaijan” brendini təqdim edib.

Təqdimatda bildirilib ki, “Digital.Azerbaijan” İRİA-nın innovasiya və rəqəmsallaşma üzrə gördüyü işlərin mərkəzləşdirilərək bir çətir altında həyata keçirilməsini təmin edəcək brenddir. Belə ki, İRİA-nın rəqəmsal hökumət, rəqəmsal səriştələr və innovasiya ekosistemi üzrə təşəbbüsləri “Digital.Azerbaijan” brendi altında həyata keçiriləcək.  Gələcəkdə “Digital.Azerbaijan” həm yerli, həm də qlobal miqyasda bütün təşəbbüslər üçün vahid sima rolunu oynayacaq.

İRİA-nın sədri İnarə Vəliyeva təqdim olunan yeni brend haqqında bunları deyib:

“Digital.Azerbaijan” İRİA-nın gələcəyə baxışını və ölkənin rəqəmsal inkişafına sadiqliyini nümayiş etdirir. Səyahətimizin bu yeni mərhələsində bizi yeni öhdəliklər və çağırışlar gözləyir. Bununla belə, biz bu yolda sarsılmaz əməkdaşlıq, tərəfdaşlıq və kollektiv səylə qarşıda duran missiyanın və çağırışların öhdəsindən gəlməyə hər zaman hazırıq”.

 Qeyd edək ki, “Digital.Azerbaijan” brendi altında “Digital.Academy”, “Digital.finance”, “Mygov”, “Digital.docs”, “Digital.login” və digər məhsul və layihələr üzrə işlər həyata keçiriləcək. Bununla yanaşı, Agentliyin brendə uyğun yenilənmiş veb-saytı yaxın zamanlarda təqdim olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az